Plenar iclaslar 21 May 2021, 13:02 | Baxış sayı: 285
Deputat: "Bəs daxildə olan antimilli qüvvələr nə istəyir?! Siz hakimiyyətiniz dövründə Bakıdan Gəncəyə gedə bilmirdiniz".

“Sərhəd həssas məsələdir. Hətta dost ölkələr belə sərhədlərin delimitasiyasını uzun müzakirələrdən sonra həll edir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, 30 il işğal faktoruna göz yumanlar Ermənistan sərhədlərinin “bütövlüyündən” narahat olmağa başlayıb: “Bu mövqe qəbuledilməzdir. Xarici mövqeləri hardasa başa düşdük. Azərbaycanın güclənməsindən narahat ola bilər. Bəs daxildə olan antimilli qüvvələr nə istəyir?! Siz hakimiyyətiniz dövründə Bakıdan Gəncəyə gedə bilmirdiniz. Bəs indi nədən narazısınız?! İddia edirlər ki, Zəngəzur dəhlizi onsuz da açıq idi və s. Bu artıq müxalifətçilik deyil, bu dövlət maraqlarının hakimiyyət iddiasına qurban verilməsidir”.

Daha sonra deputat Biləsuvar rayonunda ciddi problem olan torpaqsız kəndlilərdən danışdı: "Bu gün xeyli sayda torpaqsız kəndlilərimiz var. Torpaqlar ayrı-ayrı şəxslər tərəfindən müxtəlif vaxtlarda zəbt olunub və yaxud sui istifadə elə tutulub. İnsanlar var ki, yüz hektarlarla əkin və örüş sahələrinə sahibdir, ailələr də var ki, 30 sot pay torpağının ümidinə qalıb və ya bu da yoxdur".

Xəbərlər