KOMİTƏ İCLASLARI 19 Yanvar 2023, 11:21 | Baxış sayı: 198
"Cərimədən sonra sahibkar biznesini bağlayır ki, gedim əlilliklə pensiya alım"

“Biz iri məmurlardan yapışmalıyıq. Onlar müəyyən sahələri müdafiə edirlər və vergi ödəmirlər, amma kiçik sahibkarları bacardıqca cərimələyirlər”.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, sahibkarın beli qırılır: “Birinin də görürsən ki, hansısa məmurun arxasında durduğu böyük istixanası var, nə vergi ödəyir, nə də bir şey. Kiçik sahibkarın boğazından yapışmaqla inkişaf olmayacaq. Bizdə cərimələr sahibkarların inkişafına mane olur. Cəriməni ödəyəndən sonra kiçik və orta sahibkar gedir biznesini bağlayır ki, gedim əlillik alım, pensiya alım. Ölkə olub əlillər ölkəsi! Artıq ciddi şəkildə iqtisadiyyat sahəsində sağlamlaşma getməlidir. Gəlib restoranları ucdantutma cərimələyirlər. Bu məsələlər qaydaya qoyulmalıdır”.

Xəbərlər