Cəmiyyət 17 İyun 2022, 14:40 | Baxış sayı: 55
"Çox siqaret çəkən bir adamı ilan çalıb, nəticədə ilan özü ölmüşdür".

"İndiyədək siqaret çəkməkdən heç kim xeyir görməyib və siqaretin vurduğu ziyan haqqında da hər kəs məlumatlıdır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, hər bir siqaret qutusunun üzərində onun ziyanlı olması barədə məlumat öz əksini tapıb:

"Bilirik ki, siqaret qutularının üzərində "siqaret sizin sağlamlığınız üçün təhlükəlidir” sözləri qeyd olunub. Əgər bundan sonra da insan siqaret çəkirsə, bundan artıq nə söyləmək olar? Mənə elə gəlir ki, orada hər şey aydın göstərilib. Hətta, faktlarla oxumuşdum ki, çox siqaret çəkən bir adamı ilan çalıb, nəticədə ilan özü ölmüşdür. Yəni, görün ki, siqaret insan orqanizmi üçün nə qədər ziyandır. Ağciyəri tamamilə məhv edir, ancaq insanlar bilə-bilə buna gedir. Çox qəribədir ki, insan özü-özünə qənim kəsilir. Bilir ki, çox təhlükəlidir, amma deyir olsun. Hətta, qiymətlər də qalxır, amma yenə də siqaret çəkir”.

"Qiymətlər qalxanda düşünürsən ki, yəqin ki, siqaretin qiyməti qalxıbsa, insanların siqaret çəkməsində kəmiyyət dəyişikliyi olar, az çəkər, amma fərq eləmir. Bilirik ki, siqaret dünyada ən gəlirli sahələrdən biridir. Dünya bazarında isə hər şeyin qiyməti qalxmaqdadır, elə avtomatik olaraq da siqaretin qiyməti qalxmaqdadır. Sadəcə, mənə elə gəlir ki, bunun yeganə çarəsi odur ki, insanlar bu vərdişə birdəfəlik yox deməlidir. Bununla həm sağlamlıqlarını, həm də ciblərindəki pullarını qorumuş olarlar,-deyə deputat sonda qeyd edib”.

Paylaşın

Xəbərlər