Siyasət 1 Dekabr 2022, 13:08 | Baxış sayı: 155
“Cənab Prezidentin əsgəriyəm”

Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə imzaladığı Sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilib.

 

E.Nəsirov Pravda.az-a müsahibəsində təəssüratlarını bölüşüb.

 

“Noyabrın 21-də Cənubi Qafqazın ən böyük siyasi partiyası, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının 30 illiyi qeyd olundu. Bu partiyanın yaradılması həm tarixi zərurət, tarixi hadisə, həm də ictimai sifariş idi. Ulu öndər YAP-ın yaradılması ilə Azərbaycan xalqını və dövlətçiliyini hifz edib, qorudu. Xalqımız da hər zaman Heydər Əliyevə qəlbində əbədi heykəl qoydu. Nə yaxşı ki, o, hakimiyyətə gəldi, nə yaxşı ki, Yeni Azərbaycan Partiyası yarandı. Xalq da çox böyük bəlalardan qurtulmuş oldu. Cənab Prezident İlham Əliyev YAP-ın 30 illiyi ilə bağlı keçirilən tədbirdə proqram xarakterli çıxış etdi, YAP-ın keçdiyi yola yüksək qiymət verdi, eyni zamanda bildirdi ki, qazandığı bütün tarixi nailiyyətlərin kökündə Heydər Əliyev siyasətinə sadiqlik, sədaqət dayanır. Mən də bu partiyanın üzvü, təmsilçisi kimi, Heydər Əliyev ideyalarına sadiq insanam. Cənab Prezidentin siyasətini təbliğ edir, geniş ictimaiyyətə çatdırıram. Ölkə Prezidenti, cənab İlham Əliyevə sonsuz minnətdarlığımı ifadə edirəm. Mənim də ölkənin ictimai-siyasi həyatında mühüm iştirakımı nəzərə alıb, yüksək mükafata layiq görüb, “Tərəqqi” medalı ilə mükafatlandırıb. Cənab Prezidentdən bu medalı almaq mənim üçün çox böyük şərəf, eyni zamanda məsuliyyətdir. Bu, o deməkdir ki, bundan sonra daha böyük əzimkarlıqla cənab Prezidentin müəyyən etdiyi siyasi kursun icrasında töhfə verməliyik. Mən də bu prosesdə hər zaman yaxından iştirak etməyə hazıram, cənab Prezidentin əsgəriyəm”, - E.Nəsirov deyib.

Xəbərlər