Plenar iclaslar 4 Aprel 2023, 13:33 | Baxış sayı: 120
“Bəyanatda İranın Azərbaycana düşmənçilik siyasəti pislənilsin”

Milli Məclisin plenar iclasında Fransa Senatının ermənipərəst siyasətinə etiraz bəyanatının qəbul edilməsi ilə bağlı müzakirələrdə söz alan deputat Qüdrət Həsənquliyev maraqlı bir məqama toxundu.

“Sovet dövründə hamı danışırdı ki, Brejnev deyib, “Mumu”nu Turgenev yazıb, amma heykəli Puşkinə qoyublar. Milli Məclisin bugünki iclasında hamı İranın Azərbaycana qarşı terrorçuluq siyasətindən danışdı, həmkarımıza qarşı terrora kəskin etirazını bildirdi, amma ardınca Fransaya qarşı etiraz bəyanatı qəbul edirik. Biz əvvəllər də Fransaya qarşı etiraz bəyanatı qəbul etmişik və mən bu bəyanatı müdafiə edəcəyəm. Amma təklif edirəm ki, bizim qəbul edəcəyimiz bəyanatda İranın Azərbaycana düşmənçilik siyasəti pislənilsin. Çağırış edilsin ki, İran Azərbaycanla yaxın qonşuluq siyasətinə uyğun davransın və düşmənçilik münasibətlərinə son qoysun”.

Xəbərlər