Cəmiyyət 15 İyul 2021, 15:32 | Baxış sayı: 246
"Bununla bir daha göstərirlər ki, Minsk qrupunun hər üç həmsədri Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsini istəməyib".

Millət vəkili Sahib Alıyev Moderator.az-ın suallarını cavablayıb.

- Sizcə ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşa səfərinə qatılmamasında əsas səbəb nə idi?

- 46 dövlətin səfiri Şuşaya gedib, oradakı reallığı öz gözləriylə görməyə dəvət olunurlar, hamısı gedir, ABŞ, Fransa, Rusiya diplomatları getmir. Bəlkə, ora atdırılan İsgəndər-M raketinin qalıqlarının partlamasından qorxublar, o üzdən dəvətdən imtina ediblər? Ciddi deməli olsaq, getməmələrinin səbəbi aydındır. Bununla bir daha göstərirlər ki, Minsk qrupunun hər üç həmsədri Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsini istəməyib. Sirr deyil ki, onlardan ikisi qarşıdurmaya beynəlxalq normalara uyğun deyil, hayların maraqları çərçivəsində son qoyulmasını arzulayıb, biri isə münaqişənin necə var qalmasının, onun həllindənsə idarə edilməsinin tərəfdarı olub. Azərbaycan məhz bu üçlüyün istəyinə və marağına rəğmən öz torpaqlarını geri qaytarmağı bacarıb. Bu reallıq, geosiyasi alət kimi faydalandıqlarının kimlikləri, yerləri və durumları özəllliklə də Şuşadan o qədər qabarıq nəzərə çarpır ki, hər üç ölkənin səfirini başa düşmək çətin deyil.

 

- Bəs sizcə Azərbaycan tərəfi onların bu addımlarını necə dəyərləndirməli və nə kimi addımlar atmalıdır?

- Azərbaycanın necə dəyərləndirdiyi göz önündədir. Dövlət də, cəmiyyət də onların bu hərəkətini pisləyir. Pisləməklə yanaşı onların niyə belə etmələri də aydındır.  Əslində onlar havadarlıq etdiklərinin vəhşiliyini görüb xəcalət çəkməmək üçün belə davranmırlar. Hər üç həmsədr, istəklərinə rəğmən Azərbaycanın öz torpaqlarını azad etməsini sindirə bilmirlər, o üzdən də səfirləri Şuşaya getmədi. Amma müstəqil siyasət yeritməmizi, Qafqazda lider dövlətə çevrilməyimizi, ilk növbədə bizim maraqlarımıza cavab verən qlobal layihələri reallaşdırmamızı sindirdikləri kimi, gec-tez bunu da sindirəcəklər.

Xəbərlər