Siyasət 22 Sentyabr 2023, 16:03 | Baxış sayı: 143
"Bundan sonra işin ağırlığı DİN və DTX-nın igid əməkdaşlarının üzərinə düşür"

"Ölkə Prezidenti həqiqəti və reallığı xalqımızın diqqətinə çatdırdı. Bu gözlənilən idi, Azərbaycanın ictimai rəyində də sosial sifariş kimi gündəlikdə idi. Hadisələrin gedişində Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni Ermənistan silahlı qüvvələrinin zərərsizləşdirilməsi dururdu".

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı ötən gün Prezident İlham Əliyevin Qarabağdakı anti-terror əməliyyatlarının yekunu olaraq xalqa müraciəti haqqında danışarkən bildirdi.

Deputat söylədi ki, Ermənistan silahlı qüvvələrinin zərərsizləşdirilməsi siyasətçilərin ən müxtəlif platformalarda belə çox diqqət verdiyi məsələlərdən biri idi:

"Əksinə, Azərbaycan ərazisinə minalar gətirildi. O zaman Laçın yolu tamamilə açıq idi, Azərbaycan başdan-başa minalandı, dənli bitkilərin toxumu kimi bütün əraziyə səpələndi. Çoxsaylı insanlarımız onun zərərini çəkdilər, həyatını itirənlər oldu, fiziki cəhətdən ağır duruma düşənlər oldu. Yenə də Azərbaycan dövlətinin xəbərdarlıqları bir nəticəni vermədi. Əksinə, Ermənistan tərəfindən qidalanan, Ermənistanı və erməniliyi müdafiə edən Fransa kimi, İran kimi, ABŞ-ın erməni lobbisinin, diasporunun təsiri altında stimullaşdırıcı hərəkətləri, davranışları, çıxışları, onları müdafiə edən mövqeyi, bunları sözün həqiqi mənasında azğınlaşdımışdı, qudurtmuşdu. Azərbaycan məcbur oldu əməliyyatlar keçirdi, yeni nəticə çıxarmadılar. Azərbaycan məcbur oldu, 2022-ci ilin sentyabrında ciddi bir əməliyyat apardı, düşmənə  çoxsaylı tabutlar yolladı, ciddi və ağır zərbələr vurdu. Yenə də nəticə çıxarmadılar. Yenə də Azərbaycan sülhə gəlmək, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistandan və onları himayə edən ölkələrdən addımların atılmasını gözlədiyini hər fürsətdə, hər anda deyirdi. Nəticədə Ermənistanın və onların Qarabağdakı tör-töküntülərinin bütün bu və buna bənzər hərəkətləri son olaraq Füzuli-Şuşa yolunda iki vətəndaşımızın və bir neçə igid polis işçilərimizin minaya düşüb həlak olması, artıq Azərbaycanın  təmkininə son qoydu. Azərbaycanın Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın tapşırığına uyğun olaraq hərəkətə keçdi və 24 saat ərzində kifayət qədər ağır texnika ilə, artilleriya ilə çoxlu silah sursatla təmin olunan 10 minlik qoşun yerlə-yeksan edildi. Bu, dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Artıq onlar ağ bayrağı qaldırdılar, erməni icmasının nümayəndələri Yevlaxda Azərbaycanın rəsmi qurumlarının təmsilçiləri ilə görüşdü".

Fəzail Ağamalı söylədi ki, 1988-cil ildən bu günə qədər Azərbaycan xalqının qanını tökən, vəhşilik edən, soyqırımlarda fəal iştirak edən hər bir adam Azərbaycan qanunu qarşısında cavab verəcək:

"Yeri gəlmişkən demək istərdim ki, erməni barbar bir etnosdur, onun üçün insani dəyərlər yoxdur. Baxın, dünyada ən geniş yayılmış terror qruplaşmaları ermənilərə məxsusdur, onların vəhşiliyinin göstəricisidir. Ona görə də onlar ağ bayrağı qaldırsalar da, kol dibində gizlənəcəklər, kahalarda, ayrı-ayrı qayaların arxasında gizlənərək, ağacın dibində daldalanaraq öz məkrli planlarını yerinə  yetirə bilərlər. Bu baxımdan, hələ biz bu yaramazların tamamilə kökünü kəsməmişik. Əsas işi görmüşük, bu terrorçuları da bir nəfər kimi Azərbaycanın ərazisindən təmizləməliyik və mən əminəm ki, təmizləyəcəyik. Bundan sonra işin ağırlığı Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin igid əməkdaşlarının üzərinə düşür. Tamamilə əminəm ki, onların yüksək peşəkarlığı və igidliyi bu tör-töküntülərin son nəfərini belə sıradan çıxaracaq və nəhayət, Azərbaycan öz ərazisində rahat nəfəs alacaqdır. Bütövlükdə artıq dünənki əməliyyat və ermənilərin ağ bayraq qaldırılması Azərbaycanın Qarabağın ermənilər yaşayan ərazisində suverenliyinin təmin edilməsi günü kimi tarixə düşdü", - deyə o, vurğuladı.

redaktor.az

Xəbərlər