Plenar iclaslar 15 Mart 2022, 16:27 | Baxış sayı: 210
"Buğda idxalı sahəsini də şaxələndirməliyik".

“Ölkəmizdə buğdaya olan tələbatın 40-45 %-i idxal hesabına reallaşdırılır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

Deputat bildirib ki, Rusiya buğda ixracına məhdudiyyət qoyub: “İndiki şəraitdə Ukraynadan da buğda almaq çətinləşib. Buğda idxalı sahəsini də şaxələndirməliyik. İndiki şəraitdə buğda tələbatında çətinliklə üzləşməmək üçün Qazaxıstanla bu addımı ata bilərik. Biz bu sahədə bir bazardan asılılığı aradan qaldırmalıyıq. Ərzaq təhlükəsizliyi məsələsi prioritetdir”.

Xəbərlər