Plenar iclaslar 20 Dekabr 2023, 16:20 | Baxış sayı: 94
“Bu xalq sizi çoxdan boykot edib, siz kimi boykot edirsiniz?”

Demokratik quruluşa təminat vermək dövlətimizin ali konstitusion niyyətlərindən biridir. Seçki isə demokratik quruluşun ən önəmli elementlərindəndir. Elan edilmiş növbədənkənar prezident seçkiləri sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkandır. Azərbaycan Xalq hərbi-siyasi qələbələrimizdən doğan yeni reallığa, yalnız cənab İlham Əliyevlə  adlamağı arzulayır və bu mənada Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini müəyyən etməklə ilk növbədə xalqın tələbini, cəmiyyətin təkidli sifarişini yerinə yetirmiş oldu.

 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Bəhruz Məhərrəmov bildirib.

 

“Bəli, bu gün heç bir siyasi qüvvənin cənab İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur, amma bu prosesdə hər kəsə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb. Konstruktiv müxalifətin rahat şəlkildə seçki marafonuna qatılması bu reallığı bir daha təsdiq edir. Antimilli ünsürlərin isə bu dəfə də prosesdən kənarda qalması əslində  xəyanətkar, təxribatçı və qorxaq mahiyyətin ifadəsidir. 5 min adam tapıb partiyalarını qeydiyyatdan keçirə bilməyən bir ovuc ünsür, indi guya seçkiləri “boykot” edir. Bu xalq Sizi çoxdan boykot edib, siz kimi boykot edirsiniz? Bu gün Azərbaycanda seçkilərin boykot edilməsi üçün heç bir siyasi-hüquqi şərait və zərurət yoxdur. Boykot cəhdi əslində bu dərnəklərin təxribatçı mahiyyətinin ifadəsidir və yeganə məqsəd də budur ki, siyasi sabitliyi pozaraq  ölkənin daxili məsələlərinə müdaxilə arzusunda olan xarici qüvvələr üçün fürsət yaratsınlar. Amma hər kəs başa düşməlidir ki, İlham Əliyevin qurduğu nizamı nə bu gün, nə gələcəkdə heç bir xarici və daxili ünsür zədələyə bilməz. Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi seçkidir və bundan kənar istənilən cəhd ictimai sabitliyə yönələn təhdiddir və milli maraqlara yönəli istənilən təhdid Azərbaycan xalqının iradəsi ilə beşiyindəcə boğulacaq. İndi ənənəvi destruktiv Qərb strukturları bu reallığın fərqindədir və Avropa Parlamentinin bir qrup korrupsioner deputatı da başda olmaqla, bəzi dairələr beynəlxalq ictimaiyyət adından ölkəmiz əleyhinə saxta bəhanələr altında seçki öncəsi bəyanatlar verməyə başlayıblar. Amma möhtərəm Prezidentin ifadə etdiyi kimi “200-dən çox ölkə var, 20-30 ölkə özünü necə beynəlxalq ictimaiyyət saya bilər? Beynəlxlaq ictimaiyyətin Azərbaycana real baxışınının göstəricisi  3-5 korrupsioner deputatın, yaxud çürümüş neoimperialistlərin bəyanatları yox, 200-ə yaxın ölkənin yekdil rəyi ilə dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un ev sahibliyini Azərbaycana həvalə etməsidir. Bu cənab İlham Əliyevin də ifadə etiyi kimi, bizə olan ehtiramın ifadəsidir və bu ehtirama möhtərəm Prezidentin qətiyyəti ilə nail olmuşuq”, - deputat qeyd edib.

pravda.az

Xəbərlər