KOMİTƏ İCLASLARI 1 Fevral 2023, 14:46 | Baxış sayı: 216
“Bu terror İranın simasızlığını göstərdi”

Milli Məclisin iclasında çıxış edən deputat Elşən Musayev Tehrandakı səfirliyimizdə törədilən terror aktından danışarkən bildirdi ki, bu akt İranın simasını, daha doğrusu, simasızlığını göstərdi.

Deputat dedi ki, bizim səfirliyin cəsarətli əməkdaşının fədakarlığı olmasaydı, itkilərin sayı daha çox ola bilərdi. E.Musayev bu terror aktını hər kəsin lənətlədiyini, ancaq müxalifətin hadisəyə reaksiya vermədiyini qeyd etdi. “Bütün ölkə İranda baş verən hadisəyə reaksiya verdi, bəyanat yaydı. Amma bir tək ölkədə fəaliyyət göstərən radikal müxalifətdən başqa. Onlar həmişəki kimi susdular. Bildirim ki, həmin qüvvələr digər ölkələr kimi İranın agentləridir. Onlar istəsələr belə danışa bilməzlər. Danışsalar, onların qulaqlarını kəsərlər. Elə buradan deyirəm ki, daş düşsün sizə də, elə siyasətinizə də”- E.Musayev bildirdi.

Xəbərlər