"Bu sanksiyalar şimal qonşumuzun iqtisadiyyatına ciddi zərər vuracaq".
Fevralın 22-də Moskvada Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında bəyannamə imzalandı. İmzalanan bəyannaməyə reaksiyalar fərqli olub. Deputatlar da bəyannaməyə münasibətini bildirib:
Cavid Osmanov deyib ki, bəzi marginal qüvvələr, "siyasi birləşmələr" Moskva bəyannaməsinin mahiyyətini ya anlamır, ya da onu bilərəkdən təhrif edirlər: "Qeyd edirlər ki, guya həmin bəyannamə Azərbaycanın müstəqilliyinə təhdid və milli maraqlarına ziddir. Bəyannamə ilə yaxından tanış olduqda isə aydın olur ki, belə siyasi qruplaşmalar Azərbaycanın növbəti qələbəsini həzm edə bilmirlər, ona görə də bəyannaməni vətəndaşlarımıza fərqli formada çatdırmağa çalışırlar. Aydındır ki, bəyannamə Azərbaycanın milli maraqlarına tam uyğundur, ölkəmizin müstəqilliyini və suverenliyini möhkəmləndirir, təhlükəsizliyini gücləndirir. Sadəcə olaraq, belə marginal qruplaşmalar Azərbaycanın Vətən müharibəsindən sonra artan nüfuzunu gözləri götürmür".
Hikmət Babaoğlu: Rusiya Federasiyası ilə müttəfiqlik əlqələrinin qurulması yeni çağırışlar kontekstində strateji zərurətə çevirilmişdi. Hazırda dünyada heç bir ölkə təkbaşına öz milli təhlükəsizliyini təmin edə bilimir. Bu hər şeydən öncə beynəlxalq münasibətlər sisteminin mürəkkəb daxili strukturu və yeni dünya nizamının formalaşmaqda olması ilə bağlıdır.
Nəsib Məhəməliyev: "Rusiyanın atdığı son addımlar, şübhəsiz Qərb dairələrinin bu ölkəyə qarşı təzyiqlərin artacağını, yeni iqtisadi, maliyyə sanksiyaların tətbiq olunacağını şərtləndirir. Bu sanksiyalar şimal qonşumuzun iqtisadiyyatına ciddi zərər vuracaq. Yaxın bir neçə ildə münasibətlərin nizamlanması qeyri-mümkündür. Belə olan halda Azərbaycanın bu ölkə üçün, eyni zamanda region üçün, əhəmiyyəti daha da artacaq. Düşünürəm ki, ölkələrimizin sıx əməkdaşlığı, Ermənistanla sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq"