Plenar iclaslar 13 Noyabr 2023, 13:33 | Baxış sayı: 164
"Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz"

Peşə ixtisaslarını təşviq etməliyik. 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Elşən Musayev deyib.

Deputat bildirib ki, ölkədə bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz:

“Biz ölkədə işsizlikdən danışırıq. Amma əsas problem vakant yerlərə ixtisasların uyğun gəlməməsidir”.

Deputat qeyd edib ki, xaricdə təhsil proqramı çox effektiv layihədir: “Bu gün rəhbər vəzifədə oturan nazirlərimizin də çoxu bu proqramla oxuyublar. Bu çərçivə nə qədər genişlənsə, yaxşıdır”.

Deputat Natiq Qasımovun adının əbədiləşdirilməsini təklif edib:

“Azərbaycan cəmiyyətində son vaxtlar qəhrəman simvolu Natiq Qasımovun adı məşhurlaşıb. Onun haqqında film də çəkilib. Çox arzulayardım ki, onun adı əbədiləşdirilsin. Hesab edirəm ki, bu addım atılsa, bu gün dövlətimizin yürütdüyü milli siyasətə böyük töhfə vermiş olarıq. O, düşmənin qarşısında sınmayıb”. APA

Xəbərlər