KOMİTƏ İCLASLARI 23 İyun 2022, 14:22 | Baxış sayı: 178
Bu gün Şuşada Milli Məclisin növbəti komitə iclası keçirilir.

Bu gün Şuşada Milli Məclisin növbəti komitə iclası keçirilir. 

Modern.az xəbər verir ki, bu dəfə İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya komitələri Şuşada bir araya gəliblər.

Toplantının gündəliyinə aşağıdakı məsələlər daxildir: 

1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Xəbərlər