Cəmiyyət 30 Noyabr 2021, 15:00 | Baxış sayı: 233
"Bu gün məni narahat edən məsələ narkomaniyadan əziyyət çəkən insanlara tibbi xidmətin vəziyyətinin nə səviyyədə olmasıdır".

"Bu gün məni narahat edən məsələ narkomaniyadan əziyyət çəkən insanlara tibbi xidmətin vəziyyətinin nə səviyyədə olmasıdır. Onlara müalicə göstərə bilirlərmi?! Bu sahədə vəziyyət necədir?!"

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin Səhiyyə komitəsi və Ailə qadın və uşaq məsələləri komitəsinin birgə keçirdiyi dinləmələrdə çıxışı zamanı deputat Əhliman Əmiraslanov bildirib.

Deputat bu suallara cavab almalı olduğumuzu qeyd edib:

" Təhsil müəssisələri ilə daha ciddi işləməliyik. Bu sahədə böyük problem var. Bizim televiziya kanallarımiz media bu işlərin öhdəsindən gələ bilmir. Televiziya kanallarımızda hər şeyə vaxt tapırıq amma bu məsələyə vaxt ayırmırıq. Hər birimiz bu böyük bəla ilə ciddi mübarizə aparmasaq, hər birimizin qapısını döyəcək"

Xəbərlər