“Bu gün məktəblərdə uşaqlar arasında hansısa xəstəliklər gizli qalır”
KOMİTƏ İCLASLARI
25 Yanvar 2023, 13:10 | Baxış sayı:
220
“Bu gün məktəblərdə uşaqlar arasında hansısa xəstəliklər gizli qalır”.
APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Kamilə Əliyeva deyib.
O bildirib ki, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunumuz var: “Amma uşaqlara yoxlanışda ancaq sağlam olduqları yazılır. Bu gün mediada hər gün eşidirik ki, hansısa məktəbdə uşaq ölüb. Bu qanunla bağlı bir dinləmə keçirək və bu məsələni müzakirə edək”.
Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, bu, çox vacib məsələdir: “Tək uşaqların yox, ölkədə bütün insanların dispanserizasiyası məsələsi çox vacibdir. Mən də mətbuatdan uşaqların ölümü xəbərlərini oxuyuram. Deməli, bu məsələyə səthi yanaşılır. Bunu aidiyyəti qurumlarla müzakirə etmək olar”.