Plenar iclaslar 11 Aprel 2023, 14:24 | Baxış sayı: 80
“Bu ay əməkhaqqımızın bir hissəsini YAŞAT Fonduna ödəyərək ictimaiyyətə, iş adamlarına müraciət edək ki, onlar da Fonda dəstək versinlər"

“YAŞAT Fondunda vəsait çatışmır”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

 

Qənirə Paşayeva deputat həmkarlarını YAŞAT Fonduna vəsait köçürməyə çağırıb: “Bu ay əməkhaqqımızın bir hissəsini YAŞAT Fonduna ödəyərək ictimaiyyətə, iş adamlarına müraciət edək ki, onlar da Fondu dəstək versinlər. İnanıram ki, deputat həmkarlarımız əməkhaqqının bir hissəsini YAŞAT Fonduna bağışlayaraq nümunə göstərəcək”.

 

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə YAŞAT Fonduna davamlı dəstək verildiyini bildirib: “Belə problem yaranıbsa, YAŞAT Fondu ilə əlaqə saxlayarıq”./APA

Xəbərlər