KOMİTƏ İCLASLARI 3 May 2023, 13:41 | Baxış sayı: 111
"Brend geyinənlər müavinətdən razı qalmaya bilər"

“Bir uşağın yenidən əvvəlki qaldığı müəssisəyə qayıtması sonradan başqa ailəyə verilməsi əlavə ciddi psxioloji problemələrə səbəb ola bilər”.

Demokrat.az 
xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Himayədar ailələrlə bağlı müzakirələrdə deyib.

“Məsələn, öz ailəsində brend geyimlər geyinən uşaq himayədar ailədə olanda onun üçün ayrılan müavinətdən razı qalmaya bilər. Bu zaman maddiyyat fərqləri yaranır. Bu kimi məsələlər psixoloji problemlər ortaya çıxara bilər. Ona görə də, problemlər nəzərə alınmalıdır”, - deyə komitə sədri bildirib.

Qeyd edək ki, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir.

Xəbərlər