Plenar iclaslar 13 Noyabr 2023, 15:37 | Baxış sayı: 95
"Bərdədə yeni xəstəxananın tikilməsinə ehtiyac var"

Bərdədə yeni xəstəxananın tikilməsinə ehtiyac var. Bunu deputat Fatma Yıldırım deyib.

"Qonşu rayonlardan müalicə üçün Bərdəyə gələn çox olur. Nəticədə sıxlıq yaranır. Seçicilərim bu problemin həll olunmasını xahiş edir. Bərdə də yeni xəstəxanın tikilməsinə ehtiyac var. Maddi-texniki bazanın zəifliyini nəzərə alıb, bu istiqamətdə addımlar atmaq yaxşı nəticə verə bilər”, - deputat noyabrın 13-də Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib. 
 

O bildirib ki, Bərdənin bir neçə kəndlərində ciddi elektrik xəttlərinin bərpasına və içməli suya ehtiyacı var.

anews.az

Xəbərlər