KOMİTƏ İCLASLARI 28 Fevral 2023, 13:55 | Baxış sayı: 120
“Bölgələrdəki mədəniyyət evlərinin işi gözə dəymir”

“Təəssüf ki, bəzi bölgələrdə mədəniyyət evlərinin işi gözə dəymir. Fəaliyyəti çox dar çərçivədə donub qalıb”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, mədəniyyət evlərinin cəmiyyətə daha çox faydalı dəstək olmaları üçün addımlar atmaq lazımdır: “İnanırıq ki, bölgələrdə olan mədəniyyət evlərinin funksiyaları həddindən artıq genişlənəcək, hansısa rayon tədbirindən tədbirinə açılmayacaq, mədəni fəaliyyətin əhatə dairəsinin genişləndiyini də görəcəyik”.

Xəbərlər