Siyasət 2 Oktyabr 2023, 15:38 | Baxış sayı: 153
“BMT missiyası həqiqətləri təhrif etmədən beynəlxalq ictimaiyyətə çatdırmalıdır”

“Ermənistanın ali-siyasi rəhbərliyi Qarabağ məsələsilə bağlı beynəlxalq mexanizm institutunun yaradılması ideyasını ortaya atmışdı. Bu, siyasi spekulyasiya idi. Məqsəd Azərbaycanın tərkibində Qarabağa yüksək muxtariyyət əldə etmək, bu muxtariyyətın beynəlxalq protektorat altında – ABŞ, Fransa və ya BMT-nin nəzarətində fəaliyyət göstərməsi idi. Azərbaycanın 19-20 sentyabrda həyata keçirdiyi lokal antiterror tədbirləri bütün çirkin niyyətləri ürəklərdə qoydu”. 

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, həmin siyasi dairələr indi də çalışır ki, beynəlxalq mexanizm adı altında bu və ya digər müstəvidə proseslərə müdaxilə etsin:

“Azərbaycan dövlətinin və rəhbərinin mövqeyi ondan ibarətdir ki, Qarabağ məsələsi bizim daxili məsələmizdir və artıq həllini tapıb. Ermənistan – Azərbaycan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması gündəmdədir. O ki qaldı BMT missiyasına, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisinin Ofisi var. Biz BMT-dən çəkinmirik, bizim işimiz haqq işidir. BMT missiyası gəlib, həqiqətləri öz gözü ilə görəcək. Əsas odur ki, həqiqəti təhrif etmədən beynəlxalq ictimaiyyətə çatdırsın.  Hesab edirəm ki, bu məsələ bizim də xeyrimizədir”.

demokrat.az
 

Xəbərlər