"Bələdiyyələrin maliyyəsi artırılmalıdır"
Bələdiyyələrin maliyyəsini artırmağa ehtiyac var. Bunu deputat Vüqar Bayramov deyib.
"Ölkədəki bələdiyyələrin hesabalasaq illik hər biri üçün 7780 manat ayrılır. Ümumi gəlirləri 47 400 min manat olub. Bu da hər bələdiyyə üçün illik 29 min manat deməkdir. Bu isə aylıq isə 2458 manat deməkdir. Bu az bir məbləğdir. Maliyyənin artırılmasına ehtiyac var. Bələdiyyə inustitinu güclənməsi istiqamətində dəyişiliklər görürürük, amma problemlər istiqamətində dəstək göstərilməsi yaxşı olar”, - deputat fevralın 23-də Milli Məclisin plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsinə münasibət bildirərkən söyləyib.
2024-cü il dövlət büdcəsində 12,5 milyon vəsait ayrılıb.
Hazırda olkədə 1606 bələdiyyə fəaliyyət göstərir.
2024-cü il Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulub. Seçkilərdən sonra əhali sayı üç mindən az olan bələdiyyələrin birləşdirilməsi gözlənilir.
anews.az