KOMİTƏ İCLASLARI 11 Noyabr 2021, 12:46 | Baxış sayı: 210
“Bizim heç birimiz dövlətimizə müxalifət deyilik və hamımız Ali Baş Komandanın əsgərləriyik”.

“Bizim heç birimiz dövlətimizə müxalifət deyilik və hamımız Ali Baş Komandanın əsgərləriyik”.

Bunu deputat Tahir Kərimli noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, parlamentdə çıxışlarından sonra Şamaxıda yaşayan qohumlarından birini polis saxlayaraq yoxlayıb:

“Buna ehtiyac yox idi, onunla nə işləri var”.

T.Kərimli Azərbaycanda balıqçılığın bərbad vəziyyətdə olduğunu da deyib: “Hanı kürü, hanı balıqçılıq? Bu sahə niyə inkişaf etmir?”

Deputat hərbi qulluqçuların təminatının yaxşılaşdırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi təklifini də səsləndirib:

"Qalib dövlətin hərbi qulluqçuları bu zəfərə layiq şəkildə yaşamalıdır".

Xəbərlər