KOMİTƏ İCLASLARI, Qanun Layihələri 11 Noyabr 2021, 13:26 | Baxış sayı: 237
"Biz pensiya yaşını artırmışıq, bu sahədə balans müəyyən qədər pozulub”.

“Azərbaycan vətəndaşları gələn ilin dövlət büdcəsinin təqdimatından sonra enerji və kommunal tariflərin, manatın kursunun dəyişməyəcəyi baxımından zəmanət verilməsini gözləyir”.

Bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, hökumətin bununla bağlı zəmanət verməsi yaxşı olardı.

Deputat  pensiya yaşının yuxarı olmasını da düzgün saymadığını deyib:

“1990-cı illərdə pensiyaçılar əhalinin 8,8 faizini təşkil edirdi, indi isə bu göstərici daha aşağıdır”.

"Dünya ölkələrində bu baxımdan orta göstərici 20 faizdir. Biz pensiya yaşını artırmışıq, bu sahədə balans müəyyən qədər pozulub”.

Xəbərlər