Plenar iclaslar, Qanun Layihələri 14 Dekabr 2021, 18:06 | Baxış sayı: 207
“Biz istərdik ki, hökumət jurnalistlər üçün ictimai nəqliyyatdan pulsuz istifadəni, sosial ipoteka və vergi güzəştlərinə dair təklifləri də qəbul etsin”.

“Biz istərdik ki, hökumət jurnalistlər üçün ictimai nəqliyyatdan pulsuz istifadəni, sosial ipoteka və vergi güzəştlərinə dair təklifləri də qəbul etsin”.

APA xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc bildirib ki, söhbət büdcə yükü heç 1 milyona çatmayan məbləğdən gedir: “Lakin medianın qanuni maliyyələşməsi və onun dayanıqlı iqtisadi bazasının yaradılması üçün dövlət maliyyələşməsinin şəffaf, açıq və hesabatlıq şəraitində aparılması tələb edilir. Qanun layihəsi həm də özəl investisiyanın bu sahəyə qoyulmasını təşviq edir”.

Xəbərlər