Siyasət 20 Dekabr 2023, 16:10 | Baxış sayı: 77
“Biz də ABŞ səfirliyinin mandat və səlahiyyətinə aid olmayan məsələlərə yersiz müdaxilələrindən narahatıq”

“ABŞ səfirliyi vətəndaş Tofiq Yaqublunun həbsindən narahatlığını ifadə edib. Diplomatik missiyaya və cənab səfirin diqqətinə çatdıraq ki, biz də ABŞ səfirliyinin mandat və səlahiyyətinə aid olmayan məsələlərə yersiz müdaxilələrindən, Azərbaycanda cinayət prosesininə, ibtidai istintaq orqanları və ədalət mühakiməsini həyata keçirən hakimlərin  müstəqilliyinə, iradəsinə qanunsuz təsir mühiti formalaşdırmaq cəhdindən narahatıq!”

 

Bu sözləri  açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir: “Cinayət prosesini həyata keçirən orqanlar isə cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin edir. Eyni zamanda Azərbaycan Cinayət Məcəlləsinin 6.2-ci maddəsinin məzmununda da ifadə olunduğu kimi, heç  kim siyasətlə, yaxud digər fəaliyyətlə məşğul olduğuna görə cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz. Səfirlik bu mənada bəyanatlarında diqqətli olmalı, Azərbaycanda cinayət mühakimə icraatının obyektivliyini, qərəzsizliyi və ədalətliliyini, habelə Azərbaycanda istintaq və təhqiqat orqanlarının peşəkarlığını, Azərbaycan Respublikası məhkəmələrinin müstəqilliyini şübhə altına almağa yönəli bəyanat və cəhdlərdən, habelə, “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının diplomatik nümayəndəliyin funksiyalarını ehtiva edən 3-cü maddəsini rəhbər tataraq funksiya və səlahiyyətlərinə aid olmayan fəaliyyətlərdən, “qlobal ombudsmanlıq” iddiasından çəkinməli, diqqətini ölkələrimiz arasında münasibətlərin inkişafına yönəltməlidir”.

pravda.az

Xəbərlər