KOMİTƏ İCLASLARI, Qanun Layihələri 11 Noyabr 2021, 17:13 | Baxış sayı: 270
“Birinci Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binalar yerli icra hakimiyyətlərinin idarəsinə verilib".

“Şəhid ailələri və qazilərlə bağlı qısa müddət ərzində çox iş görüldü”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, vətəndaşları qəbul edərkən müəyyən problemlərin qaldığı aydın olur: “Birinci Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binalar yerli icra hakimiyyətlərinin idarəsinə verilib. O binaların əsaslı təmirinə ehtiyacı var, amma buna imkan yoxdur.

Bundan başqa, Birinci Qarabağ şəhidlərinin ailə üzvləri İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərinim kredit borclarının bağlanmasını əsas gətirərək, onların da bu borclarının bağlanmasını xahiş edirlər”.

Xəbərlər