Cəmiyyət 18 Yanvar 2022, 14:41 | Baxış sayı: 313
Bir sıra vətəndaşlar isə, təəssüf ki, formalardan müəyyən məqsədlər üçün istifadə edirlər, hətta sui-istifadə edərək cinayət törədənlər də olur".

“Hərbi geyimlərdən və ümumiyyətlə hansısa xüsusi xidmətlərə aid formalardan həmin xidmətə məxsus olmayan şəxsin istifadə etməsi qadağandır. Bundan sui-istifadə edənlər müvafiq qaydada cəzalanmalıdırlar. İstər hərbi geyim olsun, istərsə də polis və yaxud da digər xüsusi xidmət orqanlarının formalarından yalnız həmin vəzifəyə məxsus vətəndaşlar istifadə edə bilərlər. Müharibədən sonrakı dövrdə belə halların artdığı doğrudur”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, vətəndaşların hərbi formada görünmək istəmələrinin müxtəlif səbəbləri ola bilər: “Bəzi vətəndaşlar uzun illər hərbidə xidmət etdiklərinə görə məhz hərbiyə olan sevgidən həmin formada gəzmək istəyirlər. Təbii ki, burada məkr və ya sui-istifadə halı yoxdur, sadəcə olaraq arzu etdiyi kimi hərbi forma geyinmək istəyir. Lakin, təbii ki, qanun bunu da qadağan edir. Əlbəttə ki, hər kəs ürəyinin istədiyi formanı geyinib gəzə bilməz. Bir sıra vətəndaşlar isə, təəssüf ki, formalardan müəyyən məqsədlər üçün istifadə edirlər, hətta sui-istifadə edərək cinayət törədənlər də olur. Hesab edirəm ki, bu məsələlərdə diqqətli davranmaq lazımdır”.

Xəbərlər