Cəmiyyət 25 Oktyabr 2023, 16:46 | Baxış sayı: 130
"Bir dəfə də görməmişəm ki, o yazıdan sonra jurnalist nəticə çıxarsın"

"Mətbuatda qadın haqqında xəbər yazanda onun adını qabartmaq, yaşayış yerini açıq-aşkar yazmaq düzgün deyil. Sonra o qadın orada necə yaşayacaq, necə barışığa gedəcək?".

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, bu sahədə mətbuatla iş aparılmalıdır:

"Bir dəfə də görməmişəm ki, o yazıdan sonra jurnalist nəticə çıxarsın. Faktı şişirdir və başqa da heç bir şey olmur. Bu tip xəbərlər qadınların sonrakı taleyinə mənfi təsir göstərir".

APA

Xəbərlər