Siyasət 7 Noyabr 2023, 15:13 | Baxış sayı: 97
"Berbok Ermənistandan Azərbaycana gəldi və sayıqlamağa başladı, ermənipərəst mövqe sərgilədi, cavabını aldı"

“Almaniya qoşulub Fransaya, canfəşanlıq edir. Bunlar da Cənubi Qafqaza öz maraqları çərçivəsində müdaxilə etmək istəyirlər. Tarix boyu böyük dövlətlərin əlində maşa olan xəyanətkar toplum indi də yönünü Qərbə, Avropaya çevirib. Həmişə olduğu kimi, yenə də Qərbdə müxtəlif dövlətlər ermənilərdən istifadə edərək Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq, bəd niyyətlərini həyata keçirmək məqsədilə canfəşanlıq edirlər. Almaniya xarici işlər naziri Annalena Berbokun Ermənistana səfəri, Mirzoyanla qoşalaşıb Azərbaycan əleyhinə olmayan iddialar səsləndirməsi, həqiqətdən, ədalətdən uzaq mövqedə olması, təbii ki, qəbuledilməzdir. Berbok Ermənistandan Azərbaycana gəldi və yenə də sayıqlamağa başladı, ürəyindəkiləri gizlədə bilmədi, büruzə verdi, ermənipərəst mövqe sərgilədi. Cənab Ceyhun Bayramov çox məharətlə, ustalıqla Berboku yerinə oturtdu, cavabını verdi. Berbok danışdığı yalana, şər-böhtana görə həm Xarici İşlər Naziliyi, həm Qərbi Azərbaycan İcması, həm də Azərbaycan mətbuatı tərəfindən kifayət qədər samballı cavablar aldı”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. 

“Bundan əvvəl də Azərbaycansız Azərbaycan haqqında fikir söyləyən bir dəstə Qranadaya yığışdı. Almaniyanın rəhbəri də orada idi. Bu, onların mövqeyindən xəbər verir. Berbok Azərbaycana təklif verir ki, Azərbaycan ermənilərin Qarabağa qayıtmasına şans versin. Əvvəla, Qarabağdan gedən ermənilərin əksəriyyəti, demək olar, 100%-i Azərbaycan vətəndaşı deyil. Bir hissəsi Rusiya vətəndaşı pasportunu daşıyırdı, bir hissəsinin cibində 30 il ərzində Ermənistan pasportu idi, digər hissəsi isə bir sıra xarici ölkələrin vətəndaşları idilər. Təbii ki, bu əcnəbi vətəndaşların yenidən Azərbaycana qayıtması qeyri-mümkündür. Azərbaycan onları qovub-çıxarmayıb, təzyiq göstərməyib, nə də onlara qarşı etnik təmizləmə aparıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə çıxış etdi, Azərbaycanın mövqeyini bildirdi ki, onlar bizim vətəndaşlığımızı qəbul etməli, qanunlarımızla yaşamalıdırlar, Azərbaycan tərəfindən onların həyatları üçün heç bir təhlükə yoxdur və olmayacaq. Bütün hüquqları digər Azərbaycan vətəndaşları kimi təmin olunacaq. Ancaq tarix boyu xəyanətlə yaşamış, köçəri tayfalar kimi ordan-ora köç edən ermənilər Laçın sərhəd-buraxılış məntəqəsində, həm də Ermənistanda müsahibələr verərəkən səmimi etiraf etdilər ki, bizi özümüzkülər komanda verib çıxartdılar, təzyiq göstərdilər, biz də çıxdıq, Azərbaycan heç bir təzyiq göstərməyib. Kimsə Qarabağa qayıtmaq istəyirsə, Azərbaycan dövlətinin şərtləri var. Onun cibində Rusiya, Ermənistan və digər ölkələrin yox, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır”, - deputat deyib. 

 

E.Məmmədov vurğulayıb: “Almaniya xarici işlər naziri vəzifəsini korlayan o xanım Makron və digərləri kimi ermənilərin qeyd-şərtsiz Qarabağa qayıtmalı olduğuu deyirsə, ondan soruşmaq lazımdır ki, sizi ölkənizə qeyd-şərtsiz kimi olsa, buraxırsınız ki, nə istəyir, etsin? Almaniya, Fransa və digər Avropa dövlətlərinin məhdudiyyətləri nəticəsində Aralıq dənizi miqrant qəbiristanlığına çevrilib. İkinci Dünya müharibəsi dövründəki konslagerləri də tikanlı məftillər arasında saxlayırsınız. İtlərlə, atlarla tapdaladırsınız, min oyundan çıxırsınız. İndi isə etnik təmizləmədən, irqi ayrı-seçkilikdən danışırsınız. Bəs öz ölkənizdə yandırılan məscdiləri, “Quran"ları görmürsünüz, korsunuz? Qeeri-avropalıların başına açdığınız oyunları, aşağılayan hərəkətləri görmürsünüz? Bəs hicablı qadını metroda güllələyəni necə? Siyahını uzatmaq da olar. Bunlar olmayan Avropa insan haqları, hüquqları, azadlıqları haqqında danışırlar, özləri isə əməl etmirlər, qeyrilərinə bu dərsi verməyə çalışırlar. Azərbaycan insan haqları, hüquqları, azadlıqları məsələsində ən yüksək səviyyədə beynəlxalq hüquqa və öz qanunlarına əsaslanır. Etnik təmizləməni bizə qarşı 35 il ərzində ermənilər aparıblar. İlk növbədə, Ermənistanda olan azərbaycanlıları axırıncı nəfərinə qədər yurd-yuvasından didərgin salıb, sonra da 20% ərazimizi işğal edib bizi didərgin salıblar. Etnik təmizləməni də, soyqırımını da, vandalizmi, dağıntını, talanı, vəhşiliyi də ermənilər törədiblər. Bəs siz 35 il ərzində, kar, kor, lal idiniz? İndi qulağınız, gözünüz, diliniz açılıb, bizə qarşı kampaniyalara başlamısınız? İyrənc bir vəziyyətdir. Berbok cavabını aldı, suyu süzülə-süzülə qayıdıb getdi...”

pravda.az

Xəbərlər