Cəmiyyət 1 Sentyabr 2023, 17:14 | Baxış sayı: 270
"Bakıda reklam dili ilə bağlı ciddi problemlər var"

Bakı şəhərində reklam dili ilə bağlı ciddi problemlər var.

Bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri millət vəkili Qənirə Paşayeva deyib.

"Bununla bağlı qanun da var, lakin qanunu həyata keçirənlər qanuna əməl etmirlər. Reklam lövhələrində, iaşə obyektlərinin adlarında Azərbaycan dilinə hörmətlə bağlı ciddi problemlər baş alıb gedir. Bununla bağlı əlaqədar qurumlar hara baxırlar?" - Qənirə Paşayeva deyib.

Deputat Azərbaycan dilinin tədrisi ilə bağlı məktəblərdə yanaşmanın dəyişməli olduğunu vurğulayıb.

"Azərbaycan dili məktəblərdə formal olaraq keçirilir. Azərbaycan dilinin tədrisi ilə bağlı ciddi yanaşmalar olmalıdır".

Qənirə Paşayeva "rus məktəblərində Azərbaycan məktəblərindən yaxşı təhsil verilir" mifini dağıtmağın vaxtının çoxdan çatdğını əlavə edib.

APA

Xəbərlər