Cəmiyyət 17 May 2023, 0:01 | Baxış sayı: 171
“Bakı bulvarında çimərlik açılması qətiyyən yolverilməzdir, heç cür başadüşülən deyil...”

“Bakı bulvarında çimərlik açılmasının qəti əleyhinəyəm. Birincisi, bizim mənəvi, psixoloji dəyərlərimiz var və mərkəzdə çimərlik olması buna uyğun deyil. Məsələn, Batumi sırf turizm üzərində köklənib, Bakı isə mərkəzdir, paytaxtdır. Bulvarda minlərlə insan gəzişir, orada müxtəlif kateqoriyadan insanlar olur. Onlar çimərliyi düzgün qarşılamazlar. Ümumiyyətlə, belə halın olması işə ziyan vurar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

“Çimərlik ərazisinin mümkün qədər təmiz ərazilərdə böyüdülməsi mümkündürsə, bununla məşğul olsunlar. Gedib kənar ərazilərdə böyütsünlər, hansı ki o yerlər ənənəvi çimərlik olub. Amma Bakının mərkəzində - bulvarda bunu etmək qətiyyən yolverilməzdir. Heç cür başadüşülən, uyğun, məqsədəmüvafiq deyil, əleyhinəyəm”, - deputat bildirib.

Xəbərlər