KOMİTƏ İCLASLARI 11 Noyabr 2022, 13:36 | Baxış sayı: 258
"Babək Səmidlinin səs yazısını Müdafiə Nazirliyi təkzib etmədi, demək ki, düzgündür"

“Mətbuatdan oxuyuruq ki, Ermənistan müdafiə xərclərini 57% artırır. Ümumi götürəndə bizim xərclərimiz Ermənistandan iki dəfə çoxdur, amma düşünürəm ki, bu da azdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

 

“Bu yaxınlarda şəhid polkovnik Babək Səmidlinin səs yazısı Müdafiə Nazirliyi tərəfindən təkzib edilmədi. O, səs yazısında bildirdi ki, 40% əsgərin gödəkçəsi yoxdur. Bu sahədə niyə boşluqlar var? Müdafiə Nazirliyi çıxıb niyə açıqlama vermir ki, səs yazısı düzdür, ya yox. Demək ki, düzgündür, bu məsələyə niyə laqeyd yanaşırlar, onu araşdırmaq lazımdır. Ermənistanın Baş naziri ötən gün çıxışında bir daha qeyd etdi ki, Azərbaycanın irəli sürdüyü məsələlərə riayət etməyəcək. Azərbaycan müdafiə xərclərini daha da artırmalıdır”, - deyə deputat vurğulayıb.

Xəbərlər