KOMİTƏ İCLASLARI 21 Fevral 2023, 12:26 | Baxış sayı: 276
"“Azərişıq” ASC-nin fəaliyyətinin bölüşdürülməsi ortaya əlavə 3-4 şirkətin çıxmasına səbəb olacaq”

“Sayğaclar məsələsi ilə bağlı bilmək istəyirəm ki, laboratoriyaların sayını nə vaxt artıra biləcəyik? Sayğacların dəqiq işləyib-işləməsi ilə bağlı nə vaxt real faktlar ortaya qoya biləcəyik?”.

 

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib.

 

“Çünki köhnə üsulla işləyən sayğaclar var, məlumatların mərkəzə ötürülməsi, mərkəzi server qurulması haqqında qanun da var, amma bunlar hələ də reallaşdırılmayıb”, - deyə deputat əlavə edib.

 

Onun sözlərinə görə, “Azərişıq” ASC-nin fəaliyyətinin bölüşdürülməsi ortaya əlavə 3-4 şirkətin çıxmasına səbəb olacaq: “Əgər bu, baş verərsə, ”Azərışıq” ASC ilə yox, 3-4 şirkətlə işləməli olacağıq”./APA

Xəbərlər