Cəmiyyət 16 Sentyabr 2022, 15:09 | Baxış sayı: 228
" Azərbaycanın Ermənistan ərazisində gözü yoxdur"

"Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və ora köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”.

 

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov bildirib.

 

Deputat həmçinin qeyd edib ki, Ermənistan hər zaman təxribatlara əl atır: “Paşinyan Brüsseldə başqa şey danışır, ölkəsinə gələndə isə başqa cür hərəkət edir”.

 

"Azərbaycan münaqişənin bitdiyini desə də, hər zaman Orduya hazır vəziyyətdə olmaq tapşırılıb: “Bu gün içimizdə sapı özümüzdən olan baltalar var ki, ermənilərə yas tutur, Azərbaycanı Ermənistan ərazisinə girməkdə ittiham edirlər. Bu qədər satqınlıq olar? Bu qədər xəyanət olar?! İnana bilmirsən ki, bu insanlar doğrudan da, Azərbaycan vətəndaşıdır. Biz Ermənistanın təxribatlarına cavab veririk. Narahat olanlara bir daha deyirəm ki, Azərbaycanın Ermənistan ərazisində gözü yoxdur", - komitə sədri deyib.

 

Mənbə: Modern.az 

Xəbərlər