Cəmiyyət 14 Noyabr 2022, 14:17 | Baxış sayı: 205
"Azərbaycanın daxilində narkotacirlərlə əlbir olan şəxslərin arasında hansısa məmur da ola bilər"

“Narkotikin yayılmasında iki məqsəd güdülür. Birincisi, hədsiz dərəcədə haram pullar qazanmaq, ikincisi, cəmiyyətin gələcəyini əlindən almaq. Birincisi tamah məqsədidirsə, ikincisi siyasi-idealoji məqsəddir. Bir sıra dövlətlər Azərbaycanın, o cümlədən başqa dövlətlərin cəmiyyətini zəiflədir, müqavimət gücünü, elmi-mədəni potensialını azaldır. Başqalarını alçaltmaqla öz üstünlüyünü, yüksəlişini təmin edir. Əlbəttə, narkotikin təbliğində  böyük dövlətlərin, beynəlxalq narkoticarət tərəfdarlarının marağı var. Və şübhəsiz ki, Azərbaycanın daxilində onlarla əlbir olan şəxslər də var. Həmin şəxslərin arasında hansısa məmur da, başqaları da ola bilər. Sırf əlaqədədirlər. Tamah məqsədilə, cəmiyyətin, gəncliyin gələcəyini sarsıtmaq məsqədilə narkotiki yayır, küllü miqdarda haram pul qazanırlar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, milyonlarla insanın öz insani hislərini itiriməsi narkotik satışı ilə məşğul onların marağında deyil: “Əsas odur pul qazansınlar. Bu, tək Azərbaycanda deyil, ABŞ-ın özündə də, Avropa da var. Şimali Avropa ölkələrində bəzi dövlətlər narkotiklə mübarizənin kəsərsiz olduğunu gördülər. Müəyyən miqdarda narkotik satışını leqallaşdırdılar, amma yenə də effekt vermədi. Narkotik təbliğatçıları görürlər ki, cəmiyyətdə bu cür haram, bihuşedici vasitələrin yayılmasına tələbat var. Hansı insanların belə pis vərdişlərə meyilli olduqlarını yaxşı bilirlər və bundan çoxlu pul qazanırlar. Kimsə desə ki, adi mübarizə ilə narkotik aradan çıxa bilər, bu, mümkün deyil. Bu qədər həbs olunanlar var, amma narkotik bəlası aradan qalxmır. Çünki bunun himayəçiləri var. Artıq dünyada təbii narkotik istehsalı və ticarətini sintetik həblər daha çox əvəz etməyə başlayıb. Bu cür həblər daha asan yollarla laborotoriyalarda əmələ gətirilir. Hətta ev şəraitində də bu, mümkündür. Narkotik böyük bir bəladır. Ona görə də, bu bəlaya qarşı dövlət səviyyəsində proqram qəbul olunub, ciddi tədbir həyata keçirilməsə, mübarizəmiz səmərəsiz olar”.

Xəbərlər