Plenar iclaslar 17 Fevral 2023, 15:46 | Baxış sayı: 125
"Azərbaycandan oğurlanan sənət əsərləri satışa çıxarılıb"

“Yanvarın 10-da mədəniyyətimizlə bağlı ciddi bir hadisə baş verdi. 1999-2000-ci ildə Azərbaycandan oğurlanan 700-ə yaxın əsərin “Ebay” platformasına satışa çıxarıldığı üzə çıxdı”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, həmin 700 əsərdən 650-ə yaxını rəssamlarımıza məxsusdur. Səttar Bəhlulzadə Azərbaycanın Van Qoqudur. Əgər həmin əsərlər Van Qoqun imzası ilə satışa çıxarılsa idi, qiyməti 18 milyon dollar olardı. Bu məsələ ilə bağlı müvafiq qurumların lazımi işləri görməsi vacibdir. Mədəniyyət sahəsində bu cür özbaşınalığın qarşısını almaq lazımdır”.

Xəbərlər