Siyasət 26 Aprel 2023, 14:26 | Baxış sayı: 182
"Azərbaycanda vətəndaşlara vacib xidmətlərin böyük bir qismi rəqəmsallaşdırılıb"

Hazırda Azərbaycanda vətəndaşlara vacib xidmətlərin böyük bir qismi rəqəmsallaşdırılıb. 

AZƏRTAC xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” nəticələrinin təqdimatı ilə bağlı konfransda söyləyib.

Zahid Oruc bildirib ki, maraqlı qüvvələr Azərbaycan gəncləri arasında yad dini-ideoloji təbliğatda yeni texnologiyalardan istifadə edirlər. Virtual məkan burada sui-istifadə edilir. Bir çox faktlar göstərir ki, uşaq və gəncləri hədəfə alan məqsədyönlü fəaliyyətlər çoxluq təşkil edir.

"İndi Laçın və bütün coğrafi sərhədlərimizdə qurulan istehkamlar virtual sərhədlərimizin qorunması ilə birlikdə aparılmalıdır", - deyə komitə sədri vurğulayıb.

Xəbərlər