Cəmiyyət 18 Oktyabr 2021, 15:59 | Baxış sayı: 324
Azərbaycanda Vəkillər Kollegiyası üzvlərinin təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır.

Azərbaycanda Vəkillər Kollegiyası üzvlərinin təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır.

Bu barədə e-huquq.az-a açıqlamasında layihənin müəllifi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Bəhruz Məhərrəmov deyib.

B. Məhərrəmov qeyd edib ki, hazırda vəkillik fəaliyyəti ilə bağlı qanunvericilikdə ciddi boşluqlar mövcuddur: "Məhz bu boşluqdan mümkün sui-istifadə hallarının qarşısını almaq üçün yaxın zamanlarda Milli Məclisə vəkillərin peşə fəaliyyətinin daha təhlükəsiz həyata keçirmələrini hədəfləyən qanun layihəsini təqdim etməyi planlaşdırıram".

Millət vəkili bildirib ki, qanun layihəsinin mahiyyəti yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, bu gün peşə faəliyyəti ilə əlaqədar vəkil Azər İsmayılovun avtomobili yandırılıb. Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

Xəbərlər