"Azərbaycanda su qıtlığı gözlənilmir"
"Azərbaycanda su qıtlığı gözlənilmir".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
"Cənab Prezidentin həyata keçirdiyi layihələr, çaylar üzərində qurulan bəndlər və digər bu kimi tədbirlər əhalimizi susuz qoymayacaq", - o əlavə edib.
Sadiq Qurbanov texniki su ilə içməli su arasında fərq qoyulmasının vacibliyini diqqətə çatdırıb: "Bu sular arasında həmçinin qiymət fərqi də olmalıdır. Təsəvvür edin dövlət layihələri əsasında su gəlib Bakıya çatır. Biz isə həmin su ilə ağac sulayır, maşın yuyuruq".
Deputat Bakı şəhərində yaşıllıqların azaldılıb-azaldılmaması məsələsinə də toxunub: "İmkan verilən ərazilərdə yaşıllıqların sayı artırılmaqdadır. Doğrudur, bəzən ağacların qırılması halı ilə də rastlaşırıq. Amma bununla bağlı qanunvericilikdə müəyyən maddələr var".