Plenar iclaslar, Qanun Layihələri 5 Aprel 2022, 17:37 | Baxış sayı: 249
"Neftlə bağlı əlimizdə olan fürsətləri dəyərləndirməli, bu yataqlardan istifadə etməliyik".

“Bu yataqlara investisiya qoyulmasa, məhv olacaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, dünyadakı alternativ və bərpaolunan enerjiyə 450 milyard ABŞ dollarından çox vəsait ayrılır: “2030-cu ildən sonra bütün maşın istehsal edən firmalar enerji ilə işləyən maşınlar istehsal edəcək. Bir sözlə, ona kimi biz neftlə bağlı əlimizdə olan fürsətləri dəyərləndirməli, bu yataqlardan istifadə etməliyik”.

Xəbərlər