Cəmiyyət, Siyasət 24 Yanvar 2024, 16:46 | Baxış sayı: 111
"Azərbaycanda siyasi baxışlarına görə heç kəs cinayət məsuliyyətinə cəlb olunmur"

Əfv sərəncamının imzalanması ölkə başçısının müstəsna səlahiyyətində olan məsələdir. Buna görə də növbəti əfv sərəncamının nə vaxt imzalanacağını heç kim deyə bilməz.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

"Bu günə qədər imzalanmış əfv sərəncamları və amnistiya aktları sayəsində on minlərlə məhkum vaxtından əvvəl cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb. Bu il də belə bir sərəncamın imzalanmasını hamımız arzulayırıq. "Siyasi məhbus" adlandırılan şəxslərlə bağlı bildirmək istəyirəm ki, ölkəmizdə siyasi baxışlarına görə heç kəs cinayət məsuliyyətinə cəlb olunmur. Həbsdə cəza çəkən bütün məhkumlar törətdikləri cinayət əməllərinə görə həbs olunublar. Əfv sərəncamı imzalanacağı təqdirdə, cəzaçəkmə müəssisələrindəki məhbusların törətdiyi cinayətlərin cəmiyyət üçün təhlükəsizlik səviyyəsi nəzərə alınaraq hər bir məhbus azadlığa çıxa bilər", - deputat bildirib.

pravda.az

Xəbərlər