Plenar iclaslar 6 Oktyabr 2023, 13:28 | Baxış sayı: 115
“Azərbaycanda narkomanların sayı hələ də çoxdur”

“Azərbaycanda narkomanların, o cümlədən onlar arasında qadın və uşaqların sayı hələ də çoxdur”.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin oktyabrın 6-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması narahatlıq yaradır: “Hamımız bilirik ki, narkotik cəmiyyətin əsası olan ailəni dağıdır, ailədaxili münaqişələrin, məişət zəminində zorakılığın artmasına və xəstə uşaqların doğulmasına səbəb olur. Bu səbəbdən qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac yaranır”.

report.az

Xəbərlər