“Azərbaycanda meyxana yolu ilə cinayətkar kult formalaşdırıb İranın ideoloji istəklərinə xidmət edirlər”
KOMİTƏ İCLASLARI
23 Yanvar 2023, 16:35 | Baxış sayı:
191
“Azərbaycanda meyxana yolu ilə yeni bir cinayətkar kult formalaşdıb İranın ideoloji istəklərinə xidmət edirlər”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev deyib.
Deputat ehtimalla bildirib ki, yəqin bu yöndə fəaliyyət göstərən QHT-lər də var:
“Ona görə də ayrıca olaraq onlarla görüşə ehtiyac ola bilər”.
Komitənin sədri Fəzail İbrahimli isə xatırladıb ki, Milli Məclisin funksiyası qanunvericiliklə məşğul olmaqdır:
“Aidiyyəti qurumlar kimin ayaqqabısının ölçüsü neçədir, ona qədər bilirlər və bütün işlər nəzarət altındadır”.