Siyasət 11 Aprel 2023, 14:17 | Baxış sayı: 139
“Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərin “Google maps”də ünvan yerləşdirmələri molla rejiminin növbəti təxirbatıdır”

“Azərbaycanda “Kərimə dövləti” qurmaq arzusunda olanların “Google maps”də ünvan yerləşdirmələri İranın fars-molla rejiminin ölkəmizə qarşı növbəti təxirbatıdır. Əlbəttə, onların niyyətləri bu günə qədər necə fiaskoya uğrayıbsa, yenidən fiaskoya uğrayacaq. Növbəti dəfə Azərbaycana qarşı təxribat törətməklə ictimaiyyətə çatdırmağa çalışırlar ki, guya planları yaxın zamanda reallığa çevriləcək. Lakin bu plan heç vaxt baş tutmayacaq. Azərbaycan dövləti güclüdür, qüdrətlidir. Daxilimizdə başqa ölkələrə agentlik, casusluq edənlərin, o cümlədən fars-molla rejiminin xüsusi kəşfiyyat orqanlarının tərkibində fəaliyyət göstərən terrorçu qruplaşmaların, casusların ifşası və onlara qarşı tədbirlərin görülməsi istiqamətində Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən mühüm addımlar atılır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

“Azərbaycan müstəqil, milli maraqlara söykənən siyasətini bundan sonra da uğurla həyata keçirəcək. Heç bir qüvvə Azərbaycanın daxilində sabitliyi, təhlükəsizliyi pozmağa cəhd edə bilməz. Bu, bir daha insanlar arasında təşviş yaratmaq məqsədi daşıyır. Əlbəttə ki, belə təxribatların qarşısı bundan sonra da Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınacaq”, - deputat bildirib.

Xəbərlər