Cəmiyyət 19 May 2023, 15:20 | Baxış sayı: 100
“Azərbaycanda kişilər üçün sığınacağın olmasına ehtiyac yoxdur”

Son zamanlar Azərbaycanda kişilərə qarşı zorakılıq halları artıb. Statistikaya görə, 2021-ci ildə 320, 2022-ci ildə isə 270 kişi zorakılığa məruz qalıb. Cəmiyyət kişilərin zəif olmasını qəbul etməsə də, məişət zorakılığından əziyyət çəkənlər var. Vətəndaşlar bildirirlər ki, bu kimi hallarda qadınlar üçün sığınacaq olsa da, kişilər üçün sığınacaq fəaliyyət göstərmir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Musa Quliyev Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda hər kəs üçün dövlət sığınacaqları var. 

Onun sözlərinə görə, ehtiyacı olan hər bir kəs həmin sığınacaqlarda yerləşdirilir.

“Burada cinsinə görə bir bölünmə yoxdur. Hətta, qeyri-hökümət təşkilatları çərçivəsində bir neçəsi qadın sığınacağı var. Ehtiyacı olanlar üçün sığınacaqlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində də var. 

Bildiyimə görə, DİN-nin tabeliyində də sığınacaqlar var. Onların cinsi ayrı seçkiliyi yoxdur”.

Deputat hesab edir ki, Azərbaycanda ayrıca kişilər üçün sığınacağın olmasına ehtiyac yoxdur:

“Həbsdən azad olunanlar üçün reabilitasiya mərkəzləri var və bir ilə qədər orada qala bilərlər. 

Ayrıca sığınacağın olmamasından şikayət edənlər isə gedib orada qalmasınlar. Evlərində otursunlar! Mən kişilər üçün ayrıca sığınacağın fəaliyyət göstərməsinin tərəfdarı deyiləm”.

Xəbərlər