Cəmiyyət 1 İyun 2022, 13:38 | Baxış sayı: 191
"Azərbaycanda bir nəfər də siyasi məhbus yoxdur".

“Azərbaycanda bir nəfər də siyasi məhbus yoxdur. Azərbaycanda kimsə siyasi fəaliyyətinə görə təqib edilmir. Son aylarda bir qrup azərbaycanlı Almaniyadan mərhələli şəkildə geri göndərilib. Onlar Almaniyada mühacir həyatı sürürdülər. Görünür, həmin şəxslərin müəyyən sənədləşmə prosesində Almaniyanın qanunlarına uyğunsuzluq olub. Bu səbəbdən Azərbaycana göndəriliblər. Onlardan bəziləri indiki mərhələdə konkret cinayət əməllərinə görə hüquq-mühafizə orqanları tərəfindən həbs olunub”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan hüquqi dövlətdir, bu sahədə ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründən indiyədək uğurlu yol keçib: “Cinayətkar varsa, konkret faktlara əsaslanaraq həmin şəxs həbs olunur. Təəssüf ki, radikal düşüncəli qüvvələr, “Beşinci kolon”, dağıdıcı müalifət, ermənipərəst fondların diqtəsi altında ölkəmizdə fəaliyyət göstərən və onların ətrafında olan “Mətbuat orqanları” bunu dərhal qabartmağa çalışırlar. Ailələri ilə birgə Almaniya səfirliyi qarşısında aksiya keçirərək keçmiş mühacirlərin həbsinin konkret cinayət əməlinə görə deyil, məhz siyasi fəaliyyətlərinə görə olduğunu iddia edirlər. Bu barədə müvafiq dövlət orqanları tərəfindən də açıqlamalar verilib”.

Xəbərlər