KOMİTƏ İCLASLARI, Qanun Layihələri 12 Noyabr 2021, 12:53 | Baxış sayı: 259
“Azərbaycanda Aliment fondunun yaradılması çox vacibdir".

“Azərbaycanda Aliment fondunun yaradılması çox vacibdir.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, bu sahə ilə bağlı bütün məsələlər ətraflı araşdırılıb, beynəlxalq təcrübə öyrənilib: “Bu, Azərbaycan büdcəsinə zərər gətirməyən bir məsələdir. Aliment Fondunun yaradılması dövlətin iqtisadi yükünü də azaldacaq. İkincisi, atalıq məzuniyyəti ödənişli olsa, yaxşı olar. Bir çox halda uşaq dünyaya gələndə çox böyük problemlər yaranır. Bir çox qadın çətin doğuşlardan sonra problemlərlə rastlaşır. Heç olmasa 1-2 həftə həyat yoldaşı yanında olarsa, bu, ailədə psixoloji baxımdan problemlərin həllinə kömək edə bilər. Bir çox boşanma halı da məhz bu dövrə düşür. Qanunvericiliyə atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı dəyişiklik edilməsini təklif edirəm”.

Xəbərlər