Siyasət 7 Noyabr 2023, 15:10 | Baxış sayı: 148
“Azərbaycan radikal müxalifətinin siyasi liderlərinin siyasi yaşı elə Azərbaycanın müstəqillik yaşı qədərdir”

“Qədim yunan filosofu Fales deyib ki, hər şey axır, hər şey dəyişir. Falesin bu məntiqinə söykənərək, demək olar ki, dünyada əbədi bir şey var, o da dəyişikliklərdir. Ancaq dünyanın qəbul etdiyi bu həqiqəti Azərbaycan müxalifətinin radikal kəsimi heç bir halda qəbul etmək istəmir. Necə deyərlər, “köhnə hamam, köhnə tas”. Azərbaycan radikal müxalifəti və onun siyasi liderlərinin siyasi yaşı elə Azərbaycanın müstəqillik yaşı qədərdir. Eyni simalar, eyni düşüncə tərzi, eyni təfəkkür, eyni qafa, burnundan uzağı görməmək strategiyası... Azərbaycan üçün nə pisdirsə, onlar üçün yaxşıdır, nə yaxşıdırsa, onlar üçün pisdir. Azərbaycanın Müzəffər Ali Baş Komandanı və onun rəhbərliyi altında yenilməz Ordumuzun qazandığı tarixi zəfərə bütün varlığı ilə kədərlənən, qəm-qüssəyə batan, depressiyaya düşən ermənilərdir, dünya ermənililiyidir. Bəs Azərbaycan radikal müxalifətinin eyni səviyyədə depressiyaya düşməsinə nə ad vermək olar? Bunun bir adı var, o da “milli dönüklük”dür”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

 

Deputat təəssüf hissi ilə vurğulayıb ki, Azərbaycan radikal müxalifəti milli dönüklük səviyyəsinə enib və xalq da bunu görür, qiymətləndirir: “Buna görə də hazırsa radikal müxalifətin heç bir sosial bazası yoxdur. Onlara Qaradağ rayonunda mitinqlər, yürüyüşlər keçirmələri üçün yer ayırılanda da yenə cığallıq etməyə başlayırlar ki, şəhərin mərkəzində bizə məkan ayırın. Bu cığallığın bircə səbəbi var - sosial baza yoxdur, xalq dəstəkləmir. Xalqın gözü tərəzidir, xalq görür ki, radikal müxalifət ölkənin şad, xoşbəxt, bəxtəvər günündə, torpaqların azad olunduğu gündə necə qəm dəryasına batıb. Onlar formaca azərbaycanlı, mahiyyət və məzmunca elə ermənidirlər”. 

pravda.az

Xəbərlər