Plenar iclaslar 24 İyun 2023, 15:47 | Baxış sayı: 134
"Azərbaycan Ordusu öz öhdəsinə düşən vəzifələri layiqincə yerini yetirir"

"Bu gün Silahlı Qüvvələrimiz işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öz öhdəsinə düşən vəzifələri layiqincə yerini yetirirlər".

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 24-də keçirilən növbədənkənar sessiyasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət xalqın qəhrəmanlıq tarixinə ədəbi həkk olunub: “Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilmiş, əzəli və tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas edilib. Tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanan əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq”.

S.Qafarova bildirib ki, bu gün Silahlı Qüvvələr işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərinin qorunması naminə öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirir: “Biz əminik ki, Azərbaycan Ordusu qarşıdakı illərdə daha da inkişaf edəcək, dünyanın ən güclü orduları sırasında öz mövqeyini, yerini möhkəmləndirəcək. 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi, qəhrəman əsgər və zabitlərimizi, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın milli maraqlarını və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayıram”.

Xəbərlər