Siyasət 13 Sentyabr 2022, 11:40 | Baxış sayı: 135
"Azərbaycan nəyin bahasına olur olsun bölgədə davamlı sülhü və sabitliyi qoruyacaq".

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov sərhəddə baş verən sonuncu gərginliklə bağlı sosial media hesabında bunları bildirib: “Ermənistanın davamlı hərbi təxribatlarına cavab vermək, harada yerləşməsindən asılı olmayaraq təhlükə doğuran legitim hərbi hədəfləri məhv etməklə sərhədlərinin təhlükəsizliyini təmin etmək Azərbaycanın BMT Nizamnaməsi ilə tanınan suveren hüququdur”.

Deputat həmçinin qeyd edib ki, Azərbaycan nəyin bahasına olur olsun Ermənistanın revanş məqsədli təxribatlarına son qoyaraq bölgədə təhlükəsizliyə nail olacaq, davamlı sülhü və sabitliyi qoruyacaq. 

Xəbərlər